Market Basket Analysis

Market Basket Analysis kontentin optimallaşdırılması, online satış və digər sahələrdə 2 obyekt arasında əlaqəni üzə çıxaran əsas vasitələrdən biridir.

Turqut Abdullayev (QSS)https://qss.az
09-20-2018

        Market Basket Analysis supermarket şəbəkələri, online alış-veriş (Amazon, Ebay), youtube və digər sahələrdə 2 obyekt (kombinasiya + məhsul) arasında müəyyən asosiasiyanın aşkarlanmasında istifadə olunan əsas vasitələrdən biridir.

        Supermarketlərdə isə bu vasitə bizə 1 tranzaksiya zamanı ən çox alınan mallar kombinasiyasını göstərir. Məsələn süd və meyvə alanlar 90% ehtimalla təbii şirə alacaqlar. “N”" sayda olan bu qanunlar marketi tamamilə reorqanizasiya yəni malların yerlərini dəyişdirməklə satışı effektiv olaraq artırmaq və həmçinin düzgün marketinq strategiyasını (kampaniyalarını) müəyyən edərək profiti artırmaq olar. Bununla yanaşı hətta 2 əmtəənin bir-birinin yanında yerləşməsi onlardan birinin satışını artıra və digərinin isə azalda bilər, buna səbəb isə 2 əmtəənin bir-birinə rəqib olması deməkdir. Əlbətdəki bu qanunları üzə çıxarmaq üçün bizə hər bir tranzaksiya üçün satılan malların siyahısı məlum olmalıdır:


İndi isə deyilənləri dahada yaxşı anlamaq üçün yuxarıda göstərilən market datası (nümunə) ilə tanış olaq.


Ən çox satılan 10 məhsul çoxdan aza doğru aşağıdakı bar-chartda göstərilmişdir.


Datanın məzmununa baxsaq


summary(tr)

transactions as itemMatrix in sparse format with
 9835 rows (elements/itemsets/transactions) and
 169 columns (items) and a density of 0.02609146 

most frequent items:
      whole milk other vegetables       rolls/buns             soda 
            2513             1903             1809             1715 
          yogurt          (Other) 
            1372            34055 

element (itemset/transaction) length distribution:
sizes
   1    2    3    4    5    6    7    8    9   10   11   12   13   14 
2159 1643 1299 1005  855  645  545  438  350  246  182  117   78   77 
  15   16   17   18   19   20   21   22   23   24   26   27   28   29 
  55   46   29   14   14    9   11    4    6    1    1    1    1    3 
  32 
   1 

   Min. 1st Qu.  Median    Mean 3rd Qu.    Max. 
  1.000   2.000   3.000   4.409   6.000  32.000 

includes extended item information - examples:
            labels
1 abrasive cleaner
2 artif. sweetener
3   baby cosmetics



        görərik ki verilən məlumat bazasında 9835 sətr, yəni 9835 tranzaksiya və həmçinin 169 unikal məhsul mövcuddur. Ən çox satılan isə whole milk (süd), other vegetables (tərəvəz), rolls/buns (Saika - çörək), soda (soda) və yogurt (yoqurt) məhsullarıdır. Ümumilikdə 410 qanun, yəni kombinasiya mövcuddur. Xatırladım ki, qanun deyəndə bir neçə alınan məhsulların digər hər hansı bir məhsulun müştərilər tərəfindən alınma ehtimalını göstərir. Məsələn çörək və tərəvəz alanlar həmçinində süd alacaqlar.

{çörək, tərəvəz} => süd


Bu qanunları biz bir-bir analiz edərək artıq məhsulların yerini dəyişə və həmçinin reklamların, aksiyaların hansı istiqamətdə olmağını müəyyən edə bilərik. Bu isə artıq yeni bir marketinq strateqiyası deməkdir.

Aşağıdakı qrafikə fikir versək, görərik ki soldan sağa məhsullar paylanıb. Sol tərəfdə olan məhsullar tez-tez müştərilər tərəfindən alınan kombinasiyanı (məhsul 1 + məhsul 2 + məhsul N) əks etdirir, sağ isə sol tərəfdə alınan məhsulların sağdakı məhsulu alma ehtimalını göstərir. Məsələn qrafikə diqqət yetirsək görərik ki, düyü və qənd alan süd; konserv balıq və gigiyena məhsulları alanlar da süd almağa meyillidirlər.



Yuxarıdakı bar chartda yalnız TOP 20 qanun göstərilmişdir. Belə qanunların sayı 100 min və ya bu rəqəmdən artıqda ola bilər. Bu zaman biz qanunları nəzərə alaraq marketinq strategiyasını tamamilə dəyişdirə bilərik.

İnteraktiv plot isə bizə datanı dahada yaxşı anlamağa imkan yaradır. Məsələn aşağı sol tərəfə baxsaq, görərik ki şor (curd) və ət (hamburger meat) alanlar həmçinində süd (whole milk) almağa meyillidirlər.


Qrafiki təsviri html vasitəsi ilə canlı olaraqda göstərə bilərik. Mouse vasitəsi ilə spesifik məhsulu və ya qanunu seçməkdə mümkündür.


Qeyd edilən kombinasiyaya vizuallaşdırma olmadan aşağıdakı formada baxmaq olar:



    lhs                      rhs          support     confidence
[1] {curd,hamburger meat} => {whole milk} 0.002541942 0.8064516 
    coverage    lift     count
[1] 0.003152008 3.156169 25   



Datada mövcud olan qanunları həmçinində matris formasında əks etdirmək mümkundür. Ətraflı məlumat əks etdirilməsə belə, biz məlumatları dəfərlə sadələşdirib asanlıqla başa düşə bilərik.



Nəticədə, Market Basket Analysis (MBA) bizə bir sıra məsələlərdə köməklik edə bilər:

Reuse

Text and figures are licensed under Creative Commons Attribution CC BY 4.0. The figures that have been reused from other sources don't fall under this license and can be recognized by a note in their caption: "Figure from ...".

Citation

For attribution, please cite this work as

Abdullayev (2018, Sept. 20). Data Experts: Market Basket Analysis. Retrieved from http://dataexperts.tech/posts/2020-01-21-market-basket-analysis/

BibTeX citation

@misc{abdullayev2018market,
  author = {Abdullayev, Turqut},
  title = {Data Experts: Market Basket Analysis},
  url = {http://dataexperts.tech/posts/2020-01-21-market-basket-analysis/},
  year = {2018}
}